Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Başıbəlalı üçəmlərdən sağ qalanı da Bakıda öldü…

Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanı Bakıda dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Report-a ölən körpələrin doğmaları məlumat veriblər.

Yaxınlarının bildirdiyinə görə, hazırda ölən körpənin meyiti Salyana gətirilir.

Qeyd edək ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Sağ qalan körpə Bakıdakı Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilmişdi.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Hələ də yanan “maşın bazarı” ilə bağlı rəsmi açıqlama

%d bloqqer bunu bəyənir: