Advertisements
24 saat

Başçı Xaçmazı su altında qoydu – Fotolar


Xaçmazın Qarğalıq kəndi sel suları altında qalıb. 24saat.org-un xəbərinə görə, kənd camaatı ardıcıl dördüncü dəfədir daşqınlarda əziyyət çəkir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli komissiyası və rayon İcra Hakimiyyəti su altında qalan Qarğalıq barəsində heç bir tədbir görmür. Kənddə evlərin həyəti gölə çevrilib və əhali az qala qayıqla üzür.

xacmaz1

Sakinlər qeyd edirlər ki, rayon icra başçısı Şəmsəddin Xanbabayevə müraciət olunsa da, nəticəsiz qalıb. İcra başçısı belə bir kənd olduğunu unudub.

xacmaz2

Allahın ümidinə qalan Qarğalıq dakinləri gözləyir ki yağışlar səngiyər, gün çıxar, sel suları çəkilər. Əks halda dövlət qurumlarından dəstək yoxdur.

xacmaz3

Xatırladaq ki, bu gün, yəni sentyabrın 8-də prezident İlham Əliyev Xaçmaza səfər edib. Dövlət başçısı bir neçə obyektin açılışında iştirak edib.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: