Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Başçı və bələdiyyə sədrinin “pambıq hiyləsi”

Zərdabın icra başçısı Lütfəli Babayev və şəhər bələdiyyə sədri Əyyub Babayev fermerlərin torpaq sahələrini ələ keçirir.

24saat.org-a verilən xəbərə görə, sovet dönəmindən qalan və Qəbələ rayonu qoyunçuluq təsərrüfatlarının qışlaq məqsədi ilə Zərdabda istifadə etdiyi torpaq sahələri zəbt olunur. Belə ki, “Prezidentin tapşırığı var, pambıq əkilməlidir” deyə, yerli hüquq-mühafizə orqanlarının köməyi ilə ərazidə yerləşən Qəbələ rayonunun Laza kənd sakinlərini oradan qovmağa cəhd edirlər. Lakin fermerlərin millliyətcə ləzgi olması, bu haqsızlığın sosial şəbəkələrdə işıqlandırılması və ölkədə tolerantlığa zərbə kimi dəyərləndirilməsi məmurları geri çəkilməyə məcbur edib. Fermerlər deyirlər ki, adları çəkilən məmurların məqsədi həmin ərazilərdə pambıq əkmək deyil, sadəcə fürsətdən yararlanaraq onları oradan qovmaq olub. Belə halların təkrarlanacağı təqdirdə onlar aclıq aksiyası keçirəcəklərini bəyan ediblər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Yeni Yasamal” klinikasında soyğunçuluq – Detallar

%d bloqqer bunu bəyənir: