Başçı sexinin kafellərini parka təkrar düzür – FOTOLAR


Sabirabadın icra başçısı öz sexinin kafellərini parka düzür. 24saat.org-a verilən məlumata görə, Nazim İsmayılov rayonda eyni parkı təkrar üzlüklərlə yeniləyir. 24saat.org saytına daxil olan məlumatda bildirilir ki, Sabirabadda insanların istirahət yeri olan və “Sonanın çayçısı” adlanan park dəfələrlə keyfiyyətsiz üzlüklərlə üzlənib. Nəticədə rayon büdcəsi talan edilib. İndi də icra başçısı Nazim İsmayılov özünə məxsus sexdə hazırlanan kafelləri həmin parka düzür.

Səfalət içində yaşayan əhali isə bundan çox narazıdır. Redaksiyamıza göndərilən şəkillərdən də görünür ki, artıq hazırlıqlar başlanıb. Park növbəti dəfə büdcədən pul silmək naminə üzlükləri dəyişdirilir.

İcra başçısı öz kafel sexinin materiallarını döşətməklə ikiqat qazanır.

24saat.org

 

sabirabad1

sabirabad2

 

sabirabad3

 

 

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

ABŞ Azərbaycan və Ermənistanı danışıqlar masasının arxasına dəvət etdi

%d bloqqer bunu bəyənir: