Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Başçı sahibkarlardan ordu pulu yığır – Ucarda

Ucarda sahibkarlardan pul yığılır. 24saat.org-a verilən məlumata görə, icra başçısı Mənsur Məmmədovun bu göstərişi ciddi narazılıq yaradıb.

Belə ki, hər ay Silahlı Qüvvələr Yardım Fonduna pul keçirmək adı ilə Ucardakı sahibkarlardan 10 manatdan 30 manata qədər pul yığılır. Bu proses şübhəsiz ki, rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Amma sahibkarlar verdikləri pulun hara və necə xərclənməsindən məlumatsızdırlar. Onlar düşünürlər ki, verdikləri pullar hansısa məmurlar tərəfindən mənimsənilə bilər. İş adamları qeyd edirlər ki, dövlətin ordu büdcəsini təmin etməyə kifayət qədər gücü çatır. Onların sözlərinə görə, bu təşəbbüs özbaşına verilib və icra başçısının özfəaliyyət dərnəyidir. Redaksiyamıza verilən xəbərdə bildirilir ki, M.Məmmədov Göyçaydan Ucara rəhbər vəzifəsinə gətirildikdən sonra güman olunurdu ki, vəziyyət qismən yaxşılaşa bilər. Çünki nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olan M.Məmmədovun doğma rayonunda əhalinin problemləri ilə maraqlanacağına ümid edilirdi. Ancaq icra başçısı ənnəvi işini öz doğma bölgəsində davam etdirir. Sahibkarlar prezidentə müraciət edərək məsələ ilə bağlı tədbir görülməsini xahiş edirlər.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Nizami rayonunda başçı ağacları kəsib kafe açıb – Fotolar

%d bloqqer bunu bəyənir: