Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Baş redaktorun xanımı: “Körpələrimlə tək qalmışam”

Həbsdə olan Jam.Az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun xanımı prezidentə növbəti dəfə müraciət edib.

24saat.org xəbər verir ki, Faiqə İbişbəyli məktubunda apelyasiya şikayəti ilə bağlı məqama toxunub:

Bu il iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs yaşadığımız evə daxil olaraq axtarış aparmaq adı ilə heç bir order təqdim etmədən Fikrət Fərəməzoğluna məxsus noutbuku, sənədləri, yazıları, diskləri, hətta uşaqlarımızın toy disklərini götürdülər.

Axtarış zamanı bizimlə kobud davrandılar. Həmin şəxslərdən nələr olduğunu soruşanda onlar həyat yoldaşımın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edildiyini bildirdilər, lakin həbs olunma səbəbini açıqlamadılar. İlk günlər DİN və Baş Prokurorluqdan bu barədə məlumat ala bilmədik.

Bu barədə bir neçə dəfə Sizə müraciət etmişəm. İyulun 4-də Daxili İşlər Nazirliyi Fikrət Fərəməzoğlunun həbsi ilə bağlı rəsmi məlumat verdi. Məlum oldu ki, iyulun 2-də Nərimanov rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirləndirilib. Guya sahibkar Mehman Həsənovdan hədə-qorxu yolu ilə pul tələb edib.

Amma ortada heç bir sübut yoxdur, əməliyyatın videoçəkilişinin olmaması da sübut edir ki, həyat yoldaşım qondarma ittihamla həbs olunub. Bundan başqa, Fikrət Fərəməzoğlu 33 gün qanunsuz olaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldı.

Bir günlüyə istintaq təcridxanasına köçürülsə də, yenidən BMCMİ-nə qaytarıldı. İyulun 5-də vəkil Nemət Kərimli DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində jurnalist Fikrət Fərəməzoğluyla görüşdü, lakin məlum olmayan səbəblərdən Fikrət vəkildən imtina etdi.

Daha müəmmalı budur ki, o, həbsindən apellyasiya şikayəti vermişdi. Bu o demək idi ki, Fikrət Fərəməzoğlu həbsini qanunsuz sayır və azadlığa çıxmaq istəyirdi. Amma sonra necə oldusa, o, apellyasiya şikayətindən də imtina etdi.

Məhkəmə prosesindən öncə hakim Həsən Əhmədovun katibi vəkilə zəng vuraraq iclasın təxirə salındığını bildirdi, Fikrətin apellyasiya şikayətindən imtina etdiyini dedi. Bununla da onun apellyasiya şikayətini ləğv etdilər ki, azadlığa çıxa bilməsin. İndi iki körpə uşağımla təkbaşına qalmışam.

Özüm xarici ölkəvətəndaşı olduğumdan burada çox ağır durumdayam. Hətta övladlarımın maddi durumuna da təminat yoxdur.

Cənab Prezident!

Fikrət Fərəməzoğlu saxta və əsassız ittihamlarla həbs olunduğundan ev dustaqlığına buraxılması ilə üçün Nərimanov rayon Məhkəməsinə müraciət edib. Sentyabr ayının 6-da məhkəmə prosesi keçiriləcək.

Xahiş edirəm ki, iki azyaşlı körpəmin durumunu nəzərə alıb məhkəmənin ədalətli keçirilməsinə və həyat yoldaşım Fikrət Fərəməzoğlunun ev dustaqlığına buraxılmasına yardım edəsiniz!

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Hakimin intiharında FƏTÖ izi – şok iddialar

%d bloqqer bunu bəyənir: