Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Baş qərargah rəisi Hulusi Akarın yavəri çevriliş olacağından xəbərdar olduğunu etiraf etdi

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akarın yavəri piyada podpolkovnik Levent Türkkan prokurorluğa verdiyi ifadəsində “paralel quruluş” üzvü olduğunu və çevriliş cəhdini öncədən bildiyini etiraf etdi.

24saat.org saytı NTV-yə istinadən bildirir ki, çevriliş cəhdi sonrasında başladılan istintaq davam edir.
Baş qərargah rəisi Hulusi Akarın çevrilişə cəhdin aparılan istintaqı çərçivəsində həbs olunan yavəri piyada podpolkovnik Levent Türkkanın prokurorluğa verdiyi ifadəsi ortaya çıxıb.
İfadəsində kifayət qədər maraqlı etiraflar olan Türkkan paralel quruluşun üzvü olduğunu qəbul edib.
“Hürriyet”in Məsud Həsən Benli imzası ilə dərc etdiyi xəbərə görə, Türkkan ifadəsində bunları söyləyib:
“Mən kasıb bir ailənin övladıyam. Atam çox kasıb əkinçi olub. Tarlamız, bağımız-bağçamız olmayıb. Fəthullah Gülən camaatı ilə ilk dəfə orta məktəb dövründə tanış olmuşam. Yaxşı və gələcəyi parlaq şagird idim. Məktəbdə riyaziyyatdan heç vaxt 9 aldığım olmayıb.
Orta məktəbdə camaatın “abileri”ylə tanış oldum. 5 yaşından bəri zabit olmağı xəyal edirdim. Bu arzum camaatın çörəyinə duz-bibər oldu. 1989 “Işıqlar Hərbi Liseyi”nin imtahanlarına girdim. İmtahanı öz bilgilerimle kazanacağımdan əmindim. Cemaatteki abilerim də əmin idi.

“Camaat üzvüyəm, verilən əmri icra ETMİŞƏM”
Lakin yenə də mənə imtahan olmadan əvvəlki gecə yarısı gətirib sualları verdilər. Sualları Serdar “abi” gətirmişdi. Bursa mərkəzdə bir camaat evində sualları mənə vermişdilər. Beləliklə liseyə qəbul oldum. Genelkurmayda vəzifəyə gətirildikdən sonra camaat adına verilən vəzifələri yerinə yetirməyə başladım. ”

Necdət Özeli dinlədik
2011-2015 illəri arasında Necdət Özelin köməkçisi olaraq çalışan və daha sonradan əmr zabiti olan Türkkan dinləmə cihazı ilə Özeli daimi dinlədiklərinii və bu dinləmələrin Hulusi Akar dövründə də davam etdiyini etiraf edib.

“Necdət Özəl Paşanı (Sabiq Baş qərargah rəisi Necdət Özəl) dinləmə cihazıyla davamlı dinləyirdik. Cihazı Türk Telekomda çalışan” abi “vermişdi. Həftədə bir dəfə cihazları aparıb” abi “yə verirdim. Necdet Özel Paşa, Hulusi Akar Paşa və Yaşar Gülər Paşa dövründə dinləmə davam edib. Mən çevrilişin olacağını 14 İyul 2016 – cümə axşamı günü saat 10 radələrində xəbər tutmuşam.”

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Türkiyədə çevrilişə cəhd edənlər üçün “VƏTƏN XAİNLƏRİ QƏBRİSTANLIĞI” salına bilər

%d bloqqer bunu bəyənir: