Loading...
Loading...

Baş Prokurorluğun qarşısında ACLIQ AKSİYASI – TƏCİLİ

 24saat.org saytı xəbər verir ki, 15 Sentyabr tarixində gecə saatlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun qarşısında 8 nəfər Azərbaycan vətəndaşı aclıq aksiyasına başlayıb. 

Saytımızın əldə etdiyi məlumata görə, aksiyaya başlayan şəxslərin hər birinin ayrı problemi var. İddiaya görə, onlar bu addımı atmazdan əvvəl, Daxili İşlər Nazirliyində, Dövlət Təhlükəsizlik Xidmətində və Prezident Adminstrasiyasında olublar. Əksəriyyətinin qalmağa yeri olmayan vətəndaşlar hazırda Baş Prokurorluğun qarşısında yatmağa qərar veriblər.

Onlar müxtəlif problemlərlə üzləşsələr də, hamısının şikayəti prokurorluq orqanlarındadndır. iddia görə, onlar məhz bu qurumun səhlənkarlığı nəticəsində işlərinə baxılmadığını bildiriblər.

Xatırladaq ki, onların əksəriyyətinin işi məhkəmədədir.

24saat.org saytı xəbər verir ki, onların arasında işdən atılan, övladı həbs olunan və atası döyülənlən vətəndaşlar var.

Mövzu diqqətimizdədir.

24saat.org

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Hakim komandada referendumsonrası dəyişikliklər

Loading...
%d bloqqer bunu bəyənir: