Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Baş naziri parlamentin iclasından qovdular

Yeni Zelandiya parlamentinin spikeri Devid Karter ölkənin baş naziri Con Keyi müzakirələr zamanı davranış qaydalarını pozduğuna görə palatanın iclasından kənarlaşdırıb.

“Report” xəbər verir ki, hər şey iclas zamanı müxalifət nümayəndələrinin C.Keylə onun “Greenpeace” ekologiya təşkilatının adının “Panama peypers”də hallanmasıyla bağlı iddiaları ətrafında mübahisəsi zəmnində baş verib.

“Greenpeace” nümayəndəsi baş nazirdən fikirlərinin səhv olduğunu etiraf edib üzr istəməyi xahiş edib. C.Key isə əvəzində yüksək səslə üzr istəniləsi heç nə olmadığını bildirib.

Mübahisə yüksək səs tonu ilə atışmaya keçincə palatanın spikeri hər iki tərəfin mikrofonunu söndürüb və tərəfləri davranış qaydalarına riayət etməyə çağırıb. Lakin baş nazir qarşı tərəfə yenə nəsə qışqırmağa davam edib.

Belədə parlament sədri C.Keydən iclas zalını tərk etməsini istəyib. Spiker, həmçinin baş nazirin bundan əvvəl də anoloji halla davranış qaydalarını pozduğuna görə xəbərdarlıq aldığını əlavə edib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

ABŞ səfiri Ermənistanın nüvə silahına malik olması iddiası haqda

%d bloqqer bunu bəyənir: