Baş həkim xəstəxananın torpağını satır? – FOTO

 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına məxsus torpaq sahəsi sahibkarlara satılır.

24saat.org  xəbər verir ki, bu barədə azvision.az-a yerli sakinlər məlumat veriblər.

Bildirilib ki, Lənkəran Xəstəxanasının parkinq ərazisinin bir hissəsi baş həkim tərəfindən satılıb. Hazırda həmin ərazidə aptek və mağaza tikilir. Sakinlərin bildirdiyinə görə, yeni təmir olunan xəstəxana 8 ay əvvəl istifadəyə verilib.

Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib. Nazirlikdən verilən məlumata əsasən, satılan ərazinin xəstəxanaya aidiyyatı yoxdur: “Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun sahəsi üzrə idarəetmə həyata keçirir.

Xəstəxananın həyətindən kənar hissəyə rəhbərlik cavabdeh deyil. Həmin ərazini yerli icra hakimiyyəti sata və ya icarəyə verə bilər. Bir daha qeyd edirik ki, həmin ərazinin Lənkəran Rayon Mərkəzi Xəstəxanasına heç bir aidiyyatı yoxdur və kənar sahədir”.

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Azərbaycan oliqarxlarının xaricdəki dəbdəbəli mülkləri

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: