Loading...
Loading...

“Barselona”nın hədəfində olan futbolçular

İspaniyanın “Barselona” klubu hücum xəttini daha iki futbolçu ilə gücləndirmək fikrindədir. ANS PRESS-in məlumatına görə, Lionel Messi, Luis Suares və Neymar kimi qolçuları olan Kataloniya klubu Kevin Qameyro və Lukas Peresi hədəfə alıb.

İspaniya mətbuatının iddiasına görə, kataloniyalılar “Sevilya”dan Kevin Qameyro və “Deportivo”dan Lukas Pereslə ciddi maraqlanır. Bu məqsədlə tərəflərin yaxın günlərdə danışıq masasına oturacağı gözlənilir. Verilən məlumata görə, hər iki hücümçünun ilkin razılığı əldə edilib.

Kevin Qameyronun “Sevilya” klubu ilə 2018-ci ilə qədər müqaviləsi var. Kevin Qameyro 2008-ci ildə 3 milyon avroya “Strasburq”dan “Loryan”a, 2011-də isə 11 milyon avroya PSJ-yə transfer olunub. Paris klubu 28 yaşlı hücumçunu 2013-cü ildə 7,5 milyon avroya “Sevilya”ya satıb. Kevin cari mövsümdə 49 rəsmi oyuna (La Liqa, “Kral Kuboku”, Çempionlar Liqası, Avropa Liqası, UEFA Super Kuboku) çıxıb və 27 qol vurub. İddialara görə, kataloniyalılar fransız forvard üçün 18-20 milyon avro transfer haqqı ödəmək niyyətindədi.

Kevin Qameyro

Fransa millisinin üzvünə “Liverpul” klubu da ciddi maraq göstərir. Lakin hücumçu karyerasını “Barsa”da davam etdirmək fikrindədir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Lukas Peres isə 2015-ci ildə PAOK-dan “Deportivo”ya 1,5 milyon avroya keçib və hazırda onun transfer qiyməti 10 milyon avrodu. 27 yaşlı ispan forvard cari mövsümdə 35 rəsmi oyun keçirib və 16 qola imza atıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Güləşçimiz Avropa çempionu oldu

Loading...
%d bloqqer bunu bəyənir: