Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Barselona Messiyə yaxşı baxmır”

Argentina millisinin baş məşqçisi Edqardo Bauza futbolçusu Lionel Messinin zədələnməsində “Barselona”nı günahlandırıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Kataloniya klubunun Messinin səhhətinə lazımınca önəm vermədiyini deyib:

“Messi nə zaman millinin düşərgəsinə gəlsə, “Barselona” bizə onun səhhətinə önəm verməli olduğumuzu söyləyir. Ancaq onlar Messiyə yaxşı baxmırlar. Messi 12 gündə düz 4 oyuna çıxıb”.

E.Bauza “Barsa”nın Messinin tibbi müayinədən keçdikdən sonra nəticələrini Argentina millisinə göndərildiyini bildirib. Onun fikrincə, nəticələrə əsasən, Messinin 3 həftəyə sağalması çətin olacaq.

Qeyd edək ki, L.Messi La Liqanın 5-ci turunda “Atletiko” (Madrid) ilə oyundan (1:1) zədələnib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ramos “Mançester Yunayted”ə keçir?

%d bloqqer bunu bəyənir: