“Barselona” Avropa çempionatının finalçısını transfer etdi


“Barcelona” Fransa millisinin müdafiəçisini transfer etdi. ANS PRESS-in məlumatına görə, “Lyon”un futbolçusu Samuel Umititinin “Barcelona”ya keçidi rəsmiləşib.

Katalon klubu 22 yaşlı futbolçuyla 5 illik müqavilə imzaladığını elan edib. Transfer katalonlara 25 milyon avroya başa gəlib.

Fransalı müdafiəçi üçün buraxılış qiyməti 60 milyon avrodur. Umititi iyulun 14-də Kataloniyaya gələcək. Bir gün sonra onun təqdimatı keçiriləcək.

Samuel Umititi Fransa yığması ilə Avropa çempionatının finalçısı olub. Yığma komanda həll edici görüşdə Portuqaliya (1:0) yığmasına məğlub olub.

Zərdabda misli görünməmiş rəzalət – DSMF-in şöbə rəisinin insanlığa ləkə olan addımı – ŞİKAYƏT

Sonrakı Yazı »

Avropa çempionatının ən gözəl qolu seçildi- VİDEO

%d bloqqer bunu bəyənir: