Loading...
Loading...

Barak Obamanın Xirosimaya səfəri başladı

ABŞ prezidenti Barak Obama Yaponiyanın Xirosima şəhərinə səfərini Amerikanın buradakı İvakuni aviabazasını ziyarət etməklə başlayıb.

24saat.org “RİA Novosti”yə istinadən xəbər verir ki, Obama 1945-ci ildə ABŞ Hərbi-Hava Qüvvələrinin Xirosimanı atom bombası ataraq darmadağın etməsindən sonra bu yapon şəhərinə gələn ilk Amerika prezidentidir.

Bazadakı hərbçilərin qarşısında çıxış etdikdən sonra Obama Xirosima memorial kompleksinə gedəcək və abidəyə çələng qoyacaq.

Gözlənildiyinə görə, Obama ilə birlikdə mərasimdə Xirosimanın bombalanmasından sonra şəhərin indiyə kimi sağ qalmış üç sakini də iştirak edəcək.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Savchenko sualları cavablandıracaq

%d bloqqer bunu bəyənir: