Loading...
Loading...
105760

Bar, siqaret və spirtli içki qadağası… – 18 yaşı olmayan gənclərin diqqətinə

 

Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “ Gənclər siyasəti haqqında” qanun layihəsinə yeni əlavə və dəyişikliklərin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Moderator.az xəbər verir ki, iclasda iştirak edən Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, müasir dünyada qlobal çağırışlar gənclər siyasəti haqqında qanuna dəyişikliyi zəruri edir: “Dünyada yeni çağırışlar olduğundan Azərbaycanda da gənclər siyasətində müəyyən korrektələr etməyə və qanunu təkmiləşdirməyə ehtiyac yaranıb. Bütün bunları nəzərə alaraq gənclər siyasətinin daha da təkmilləşdirmək istədik”.
Komitə sədri Fuad Muradov isə qeyd edib ki, ölkə başçısının gənclərlə bağlı həyata keçirdiyi çevik və innovativ siyasəti mövcud qanuna dəyişikliyi labüd edir. O bildirib ki, qanuna təklif edilən dəyişikliklərlə bağlı müxtəlif yanaşmalar var: “Əsas məqsəd dəyişiklikləri geniş müzakirəyə çıxarıb yekun rəyə gəlməkdir. Layihədə gənclər siyasəti ilə bağlı yeni müddəalar nəzərdə tutulub. Bundan başqa, aztəminatlı gənc, gənc alim, sosial təcridə məruz qalmış gənc kateqoriyalarının da qanunda daha geniş şəkildə yararlanmasına diqqət yetirilir. Bundan əlavə, məşğulluq baxımından hərbi xidmətdə olan, cəzaçəkmə müəssisələrində cəza çəkən, cəzaçəkmə müəssisələrindən azad olunmuş, habelə işdən azad olunmuş gənclərin məşğulluq problemlərinin, iş tapmaqda çətinliklərinin aradan qaldırılması və digər məsələlər öz əksini tapıb”.
Qeyd edək ki, qanuna təklif edilən dəyişikliklərə əsasən, gənclərə pulsuz ümumtəhsil, pulsuz dərsliklərlə təmin olunma, pulsuz tibbi müayinə, dövlət mülkiyyətində olan idman sağlamlıq mədəniyyət obyeklərin pulsuz istifadə etmək imkanları yaradılmalıdır. Eyni zamanda, gənclərin mənəvi-əxlaqi tərbiyəsində nəzərə alınması ilə bağlı qanuna bir sıra dəyişikliklər və əlavələr nəzərdə tutulub. Burada əsasən gənclərin dini ekstremist və radikal qruplaşmalara qoşulması ilə bağlı müddəa nəzərdə tutulub. Layihədə istedadlı gənclərə dövlət qayğısı da nəzərdə tutulub. Belə ki, dövlət istedadlı və yaradıcı gənclərin müəyyən edilməsi və inkişafına şərait yaradacaq, yüksək nailiyyət əldə edən gənclərin tanıdılması üçün tədbirlər həyata keçirilməlidir. Risk qrupuna daxil olan gənclərin isə sosial adaptasiyası ilə bağlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Layihədə həmçinin, 18 yaşı tamam olmayan gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi, sağlam gəncliyin formalaşdırılması məqsədi ilə bir sıra qadağanedici müddəalar da nəzərdə tutulur. Onlara 18 yaşı tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadəsi, şans və mərc oyunlarda birbaşa və dolayı ilə yolla iştirakı, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20.00-dan sonra bar, diskoteka və gecə klublarında olmasında iştirakı qadağan edilir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sosial şəbəkələrdən istifadə edən bu şəxslər həbs olunacaq – Azərbaycanda

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: