Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
bank2

“Bankların vətəndaşları bununla hədələməsi şantajdır” – İqtisadçı ekspert

Bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa, onun tabe olduğu nazirliyə məlumat verəcəyilə hədələməsi ilə bağlı şikayətlər var.

Banklar artıq kredit borcunu ödəyə bilməyən şəxsləri hədələməkdən, şantaj etməkdən belə çəkinmirlər.

Məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov Ölkə.az-a danışıb:

“Bankların etdiyi təhdidlərə, şantajlara görə vətəndaşın bir yolu var, dərhal polisə müraciət etməlidirlər. Bankların vətəndaşları təhdid etməsi, qorxutması təbii ki, qanunsuzdur. Vətəndaşlarımız da çox passiv və qorxaqdırlar. Onlara kimsə nəsə deyən kimi qorxuya düşürlər.

Bizdə elə bir fikir var ki, bank dövlətdir. Bank dövlət deyil. Banklar özləri də elə bir ab-hava yaradıblar ki, guya məhkəmələr, polis onların xeyrinə işləyir. Elə bir şey yoxdur. Vətəndaşlar qorxmadan şikayət etsinlər, bu halda banklara qarşı tədbirlər görüləcək və görülür də.

Bankların vətəndaşların borclarına görə iş yerlərinə məlumat verəcəyi barədə mesajlar göndərməsi, onları bununla hədələməsi şantajdır. Bank əqdləri barəsində, bank əməliyyatları barəsində müştəridən başqa digər şəxslərə məlumat verilməsi bank sirrinin pozulmasıdır. Buna görə də, bank qanun qarşısında cavab verməlidir və buna görə dəymiş mənəvi zərəri ödəməlidir. Sadəcə buna görə vətəndaşlar şikayət etməlidir”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Azərenerji”də maaş böhranı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: