Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
101608

Bankların müsadirə kələyi

Borclular zaminlər vasitəsi ilə necə “hərəkətə gətirilir”?

Ölkədə ağırlaşan sosial-iqtisadi vəziyyət fonunda problemli kreditlərin sayının kəskin surətdə artdığı hər kəsə bəllidir. Artıq problem elə həddə çatıb ki, bu problemi fərdi şəkildə banklar vasitəsi ilə həll etmək belə minlərlə borclusu olan banklar üçün də mümkünsüz məsələyə çevrilib. Odur ki, bank mütəxəssisləri borclulardan pul almağın “daha sadə”, “qısa” yollarını araşdırmaqda, ən müxtəlif kələk və təzyiq vasitələrinə əl atmaqdadır.
Yeni “kəşf edilən” edilən bu yollardan biri də kredit götürən şəxsə zamin duran adamları müsadirə adı ilə qorxutmaq, onları borclu ilə üz-üzə qoymaq, pulun banka qayıdışını bu şəkildə təmin etməkdir.
Belə ki, Moderator.az-a etibarlı mənbədən daxil olan məlumata görə, son vaxtlar bəzi bankların əməkdaşları kredit borcunu ödəyə bilməyən şəxslərə zamin duran adamların evlərinə yolanaraq onlara mənzildəki əşyaları siyahıya almaq üçün gəldiklərini bildirir, kredit götürən şəxs borcu ödəyə bilmədiyi üçün borcun zaminlər tərəfindən ödəniləcəyini iddia edir. Bank əməkdaşlarının təşkil etdiyi bu tamaşada əsas məqsəd isə zaminləri qorxutmaq, onlara “vəziyyətin ciddiliyini” başa salmaq, onların zamin durduqları şəxsə təzyiq göstərməsinə nail olmaqdır.
Mənbənin sözlərinə görə, banklar yenicə dəbə minən bu kələyin bəzi hallarda xeyrini görsə də, bütövlükdə bu oyun kredit götürən şəxslərlə zaminlər arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Pulu ödəmək iqtidarında olmadığını bildirən borclu ilə “sənə görə evimin əşyaları niyə müsadirə olunmalıdır” məntiqi ilə çıxış edən zaminlərin bir-birini anlaması nadir hallarda baş verir ki, bu da bütövlükdə cəmiyyətdə gərginliyin artması, borclu və zaminlər arasındakı vəziyyətin mürəkkəbləşməsi ilə nəticələnir.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

ABŞ-ın neft-qaz nəhəngi Azərbaycandan da gedir?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: