Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Banklar məzənnə yüksəlir deyə dollar alır

Son iki həftədə banklar Mərkəzi Bankın keçirdiyi hərraclarda 400 milyon dollar alıb.

24saat.org  Marja-ya istinadən xəbər verir ki, bankların bu qədər dollar almağa sövq edən məzənnənin qalxmasıdır. Belə ki, bankların öz əmanətçiləri və kreditorları qarşısında öhdəlikləri var. USD/AZN məzənnəsi 1,50 səviyyələrinə düşən zaman banklar dollar əmanətlərini və aldıqları kreditləri daha az manat xərcləyərək dollar alaraq qaytarırdılar. Məzənnə artmağa başladıqda banklar kursun daha da qalxa biləcəyini hesab etdiklərindən dollar almağı artırdılar. Bu gün dolları almaq, sabah ilə münqayisədə daha sərfəli idi.
Son günlər USD/AZN məzənnəsi qalxsa da, banklar dolların alış və satış məzənnələrini aşağı saldılar. Əvvəlki günlərdə olduğu kimi 4% qazanmaq istəmirdilər. Banklar dolların alış qiymətini satanlar üçün sərfəsiz, satış qiymətini də alanlar üçün sərfəli etdilər. Sanki banklar dollar almaq istəmir, kassalarında olan dollardan isə canlarını qurtarmaq istəyirlər. Əgər dollar yenidən ucuzlaşmağa başlayarsa, bankların əllərində cəmlənən dollarların dəyərsizləşməsi ilə xeyli zərərə uğrayacaqlar. Yəqin ki, bəzi banklar bunu hiss ediblər.
Böyük ehtimalla dolların məzənnəsi bir müddət sonra aşağı düşməyə başlayacaq. Bu zaman dollar almış bir çox şəxslər satış edəcəklər. Bu da Mərkəzi Banka sərf edir.
Əgər həqiqətən dollara idxal məqsədilə Azərbaycan biznesinin təlabatı artmışsa, bu, pis haldır. Vəziyyət bu cür davam edərsə, ABŞ valyutasının bir qədər də bahalaşmasını görə bilərik

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Dolların yeni iş həftəsinə olan — MƏZƏNNƏSİ

%d bloqqer bunu bəyənir: