Banklar dolları “Qara bazar”a çıxarır – Satış 1.82 manatı keçdi


Həm də bununla vətəndaşların əlində olan dollar toplanır

Bu gün daha 3 bank valyuta satışını dayandırıb. Bununla da ABŞ valyutasını satmayan bankların sayı 18-ə çatıb. Noyabrın 17-də bankların dollar satışını dayandırması “qara bazar”ı canlandırıb. Fins.az-ın əldə etdiyi məlumata görə, bu gün “qara bazar”da 1 dollar 1. 8250 manata satılır.

ABŞ valyutasının bazarda alış qiyməti də banklardan xeyli bahadır. “Qara bazar”da dollar 1.8000 manata alınır.

Onu da deyək ki, banklar rəsmən dollar satışından imtina etsələr də ABŞ valyutasını dolayısı ilə “qara bazar”a çıxarırlar. Həm də bununla vətəndaşların əlində olan dollar toplanır.

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

Türkiyədə dollar rekord qırdı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: