Loading...
Loading...

Banklar daha bir kredit növünü bərpa edib – VİDEO

Azərbaycan bankları digər kredit növləri ilə yanaşı, lombard kreditlərini də bərpa ediblər. Amma istər istehlak, istərsə də biznes kreditlə bağli olduğu kimi , bu növ kredtilərin verilməsi üçün şərtlərdə dəyişikliklər edilib. Faizlər isə həmişəki kimi yüksək olaraq qalır.

Bank mütəxəssisi Emil Muradovun sözlərinə görə, bu, vətəndaşlara daha geniş seçim imkanı verəcək. Yəni bundan sonra onlar istər istehlak, istər biznes , istərsə də öz girovuna uyğun olaraq böyük məlbəğdə lombard krediti arasında seçim edə biləcəklər.

Lakin lombard kreditlərinin şərtlərində bir sıra dəyişikliklər edilib, əksər hallarda olduğu kimi, bu dəyişikliklər də vətəndaşların xeyirinə deyil. Belə ki, kreditlərin həcmi azalıb. Yəni əvvəllər banklar qəbul etdikləri qızılın qiymətinin 120-150%-i qədər kredit verirdilərsə, indi bu rəqəm 70-80% təşkil edir.

Faizlərə gəldikdə isə , bu növ kredit üzrə də onlar demək olar ki, mümkün maksimal səviyyədədir, illik 27-28 faiz. Komisyon haqları isə əvvəl mövcud olan 4 faizdən , 1 faizə endirilib. Bu isə Maliyyə Bazarlara Nəzarət Palatasının qoyduğu tələbdən irəli gəlib.

Cümhuriyyət.az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Avtomobillər daha da ucuzlaşacaq – VİDEO

%d bloqqer bunu bəyənir: