Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
caqo

Bankirin 5 milyardını offşora daşıyan şəxsin kimliyi və gizləndiyi ölkə – BU YAZIMIZDA!

Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin 5 milyardı offşora köçürməsinin yeni detalları üzə çıxıb.

24saat.org Maliyyə Nazirliyinin həbsdəki bankirlə bağlı yaydığı məlumatın izinə düşüb.

Mübhəm fiqurun adı çəkilmir

xaqani

Xaqani Bəşirov

Əməkdaşımıza mötəbər qaynaqdan bildirilib ki, bu pulların ölkədən çıxarılması əməliyyatında mübhəm fiqur – Xaqani Bəşirov iştirak edib.

Müxbirimizə verilən məlumatda qeyd olunub ki, adıçəkilən şəxs Azərbaycanda ilk konsaltinq şirkətinin təsisçisi və peşəkar maliyyə əməliyyatçısıdır.

X.Bəşirov hər zaman sirr dolu bir kadr olub. O, diqqətdən kənarda qalmağı bacararaq bütün maliyyə maxinasiyalarını, offşor zonalarda şirkətlər təsis etməyi həyata keçirib.

C.Hacıyevin 5 milyardlıq əməliyyatının da əsas müəllifi X.Bəşirovdur. Bütün bu işlərin başında Bəşirov çıxıb və Hacıyev məhkəmə proseslərində onun adını qətiyyən hallandırmır, hallandırmayacaq da.

Maraqlıdır ki Bəşirovun adı nə rəsmi sənədlərdə, nə də ittiham aktında keçir. Əksinə, bu əməliyyatla bağlı ona qarşı heç cür ittiham irəli sürülə bilmir.

Fransa yox, Lüksemburqda

24saat.org-a verilən məlumata görə, X.Bəşirov hazırda Lüksemburqda yaşayır. Mətbuat onun Fransada olduğu haqda yazsa da, əməkdaşımız dəqiqləşdirib ki, əslində, o, Lüksemburqda yaşayır. O həm də, Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədridir.

Onu da deyək ki, konsaltinq şirkətlərinin rəhbəri bu illər ərzində bir neçə belə əməliyyatlar həyata keçirib. Media Bəşirovu Hacıyevin benefisiarı hesab edir.

Əldə etdiyimiz bilgilərə görə, X.Bəşirov 5 milydarlıq vəsaiti offşora köçürdükdən sonra Azərbaycanı tərk edib. O, sanki MTN olaylarının olacağını qabaqcadan bilirmiş.

Yada salaq ki, Xaqani Bəşirovun ortaqlarından olan keçmiş deputat Dünyamin Xəlilov da həbs olunub. Xəlilov və Hacıyev həbsdə, Bəşirov isə milyardları idarə edir.

D.Xəlilov Beynəlxalq Bankdan nəhəng məbləğlərdə krediti (bəzi mənbələrə görə hətta 2 milyard manata yaxın) “General Construction” adlı offşor şirkətin (o cümlədən başqa offşor şirkətlərin) adına kredit kimi rəsmiləşdirməkdə ittiham olunub.

Bəşirovun şirkətləri kimlərlə işləyib?

24saat.org xəbər verir ki, Bəşirovun adı 14 şirkətdə direktor kimi keçib. Hazırda isə Bəşirov cəmi 2 şirkətdə təsisçiliyini və direktorluğunu saxlayır.

dunyamuin

Dünyamin Xəlilov

Bunlar “Java Investments Management PLC”“ V.e.s Consultancy (Uk) LTD” offşor şirkətləridir.

Məlum olur ki, “V.E.S. Consultancy LLC” əslində Azərbaycanın yenicə müstəqillik qazandığı 1991-ci ildə yaradılan “VneshExpertService” konsaltinq şirkətidir.

2006-cı ildə bu şirkət rebrendinq edərək “V.E.S. Consultancy LLC” -ə çevrilib. Şirkətin saytında göstərilir ki, onun fəaliyyəti idarəetmə və biznes sahələrində peşəkar konsaltinq xidmətlərinin göstərilməsindən ibarətdir.

Mətbuatda gedən xəbərlərə görə, “V.E.S. Consultancy LLC”-in müştəriləri arasında bir çox nazirliklər, o cümlədən Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub.

Habelə, Mərkəzi Bank, Azərbaycanda fəaliyyət göstərən xarici və yerli neft şirkətləri, banklar və Xəlilovun “General Construction” şirkəti də müştəri qismində yer alır.

Hər il 9 milyard çıxarılıb

Şirkətin Bakı, Gəncə, Moskva, Astana, Tbilisi, Paris, Lüksemburq, London və Toronto şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir. Bəşirov da onlardan birində – Lüksemburqda mənzillənib.

Bildirilir ki, “Java Investment Management PLC” şirkəti Böyük Britaniya, İsveçrə, Lüksemburq, Fransa və Kiprdə şirkətlərin qeydiyyatını və onların idarə edilməsini, müxtəlif profilli offşor şirkətlərin qeydiyyatını, müştərilərin xarici investisiyalarının idarə edilməsini, onların kapitallarının təhlükəsiz və rasional yerləşdirilməsini həyata keçirir.

caqo

ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı inkişaf etməkdə olan ölkələrdən 2004-2013-cü illər ərzində xarici offşor zonalara 1.1 trilyon dollar daşındığına dair hesabat yaymışdı.

Hesabatda Azərbaycan çıxarılan pulların həcminə görə 148 ölkə arasında 17-ci sırada dayanırdı. Tədqiqatlar göstərmişdi ki, həmin illər ərzində hər il Azərbaycandan qeyri-leqal yollarla orta hesabla 9 milyard dollar çıxarılıb.

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Kamran Əliyev: “Parketmə qaydasını pozan avtomobillərin şəklini adi vətəndaş da çəkə bilər”

%d bloqqer bunu bəyənir: