Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Banka hücum etdilər – Azərbaycanda (FOTO)

Azərbaycanda bank filiallarından birində basqın edilib.

Hadisə “Accessbank” QSC-nin “Beyləqan” filialında qeydə alınıb.

24saat.org tezis.az-a istinadən bildirir ki, Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən “Accessbank” QSC-nin “Beyləqan” filialından “həyəcan” siqnalı daxil olub. Mühafizə polisinin əməkdaşları hadisə yerinə gediblər.

Bu zaman bankın “Beyləqan filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.

Rəhim Nəbiyev Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

PKK Türkiyədə 2 texnika, 3 TIR-ı yandırdı

%d bloqqer bunu bəyənir: