Loading...
Loading...
63000

“Banka borca görə 9 ay həbsdə yatdım, hələ də pulumu ala bilməmişəm”

Maşallah Əhmədovun məhkəməsində zərərçəkənlər ifadə verdi Hakim jurnalistləri prosesdən uzaqlaşdırdı…

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Mirzə Xankişiyev prosesdə iştirak edən jurnalistləri zaldan kənarlaşdırıb. O, bildirib ki, bu işlə bağlı məhkəməyə redaksiya tapşırığı təqdim edilməlidir. Ancaq hakim redaksiya tapşırığın nə olduğunu deməyib: “Əgər siz redaksiya tapşırığının nə olduğunu bilmirsinizsə sizin jurnalistliyinizə şübhə ilə yanaşıram”.

Məhkəmə prosesindən sonra zərərçəkən şəxs jurnalistlərə bildirib ki, iclasda prokuror ittiham aktı elan edib. Maşallah Əhmədov özünü təqsirli bilməyib. Daha sonra zərərçəkmiş Sərxan Hüseynov və Yusif Əzizov ifadə verib.

S.Hüseynov M.Əhmədova 15 min dollar verdiyini deyib: “Həmin pulu bankdan götürmüşdüm. Banka geri qaytara bilmədiyim üçün mən 9 ay həbsdə yatdım, sonra azadlığa çıxdım. Pulumu hələ də ala bilmirəm. Həmin vaxt Maşallah Əhmədov İrana qaçmışdı”.

Digər zərərçəkən Yusif Əzizov isə pulunun qaytarılmasımı istəyib. Hər iki şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib. Proses oktyabrın 25-nə təyin edilib.

M.Əhmədov keçən il dekabr ayının 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata əsasən, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edib və futbolçu ev dustaqlığına buraxılıb.

Barəsindəki cinayət işinin ibtidai istintaqı avqust ayında yekunlaşsa da, prokurorluq işdə olan mlüki mübahisələrin araşdırılması üçün yenidən araşdırılması üşün ibtidai istintaqa qaytarmışdı.
Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən “Neftçi” klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
bizimyol.info

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Xətaidəki yanğınla bağlı məhkəmə prosesi davam etdirilib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: