Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bank rəsmisi: «Ortaq məxrəcə gəlinməlidir»

Pensiyaçılara kreditlərin verilməsinin məhdudlaşdırılması «Kapital Bank» ASC-nin maliyyə göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

APA-nın xəbərinə görə, bunu «Kapital Bank»ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev deyib.

«Maliyyə Bazarlarına Nəzarət Palatası banklara belə bir tövsiyə verib. Yəqin ki, vaxt gələcək, bu kimi problemlərdən çıxış yolu ilə bağlı bizimlə məsləhətləşəcəklər. Mən başa düşürəm ki, pensiyaçılar kreditlər üzrə ödəniş etdikdən sonra onlara qalan pulla yaşamaq mümkün deyil. Amma hesab edirəm ki, hansısa bir ortaq məxrəcə gəlinməlidir, hansısa bir forma tapılmalıdır. Pensiyaçıların bu vəsaitə əlçatanlığı mütləq olmalıdır», – deyə R.Allahverdiyev qeyd edib.

Keçən həftə Maliyyə Bazarlarına Nəzarət Palatası pensiyaçılara kreditlərin verilməsinin məhdudlaşdırılması ilə bağlı kredit təşkilatlarına tövsiyə verib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ayda 5-10 ədəd satılan kitab Azərbaycanda bestseller sayılır

%d bloqqer bunu bəyənir: