Advertisements
24 saat

Bank rəhbərlərinin peşəkarlığı yoxlanılır


Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 nəfərdən ibarət Attestasiya Komissiyası fəaliyyətə başlayıb.

Bu barədə Palata xəbər yayıb.

Xəbərə görə, Attestasiya Komissiyasının ilk iclasında üç nəfər bank inzibatçısının attestasiyası keçirilib. Hər üç namizəd iddia etdikləri vəzifələrə uyğun sayılıb.

Attestasiya Komissiyası Azərbaycanda fəaliyyət göstərən bankların, xarici bank filiallarının idarə heyəti üzvlərinin, daxili audit bölmələri rəhbərlərinin və baş mühasiblərinin attestasiyasını həyata keçirəcək.

Sığorta şirkətlərinin rəhbər işçilərinin, sığorta agentləri və ya onların rəhbərlərinin attestasiyası isə test vasitəsilə aparılacaq.

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası bu il fevralın 3-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Sonra Mərkəzi Bankın bir sıra funksiyası bu Palataya verilib. Həmin funksiyalar içində banklara nəzarət etmək də var.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: