Advertisements
24 saat

“Bank of Baku”ya maskalı basqın edildi


Gəncədə oğurluq hadisəsi baş verib.

Azvision.az xəbər verir ki, hadisə gecə saatlarında “Bank of Baku”nun Nəriman Nərimanov prospektində yerləşən filialında qeydə alınıb.

İlkin ehtimala görə, maskalı şəxslər bankın havalandırma pəncərəsindəki dəmir barmaqlıqları qıraraq içəri daxil olublar. Hadisə yerinə polis əməkdaşları gəlsə də, oğruları tutmaq mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: