Now Reading:
Baloğlan Əşrəfov: “Lənkəranskinin mənə etdiklərini ölənə qədər unutmaram”
Full Article 50 second read

Baloğlan Əşrəfov: “Lənkəranskinin mənə etdiklərini ölənə qədər unutmaram”



Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölümünü incəsənət adamları da böyük kədərlə qarşılayıb.

Bizimyol.info saytı məlum hadisəylə bağlı əməkdar artist Baloğlan Əşrəfovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında Rövşən Lənkəranski ilə bağlı çox kədərləndiyini bildirib: “Allah ona rəhmət eləsin! O, çox dəyərli, layiqli oğul idi. Tale elə gətirib ki, mənə də yaxşılığı, köməkliyi olub. O, elə şeydi ki, mən onu mətbuata deyə bilmərəm. Mən onun mənə etdiyi yaxşılığı ölənə qədər unutmaram. Ünsiyyətimiz olub, onun mənə mənim də ona böyük simpatiyam vardı. Mənə onun çox köməklikləri dəyib. Bunu onun yaxınları da bilir, amma mən bunlar barədə danışa bilmərəm. Bu gün minlərlə adam olduğu üçün yasına gedə bilmədim, sabah mütləq gedəcəm. Bu onminlərlə adam ona hörmətin təzahürüdür. Allah ona rəhmət eləsin, ruhu şad olsun.”

Qeyd edək ki, Rövşən Lənkəraniski (Canıyev) ötən gün İstanbulda qətlə yetirilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: