Loading...
Loading...
baliq-ovu-300x211

Balığın da qiyməti qalxacaq

Balıq göllərinin ləğvi oliqarxlardan yan keçəcək

Vahid Məhərrəmov: ” Bazarda qiyməti bundan sonra oliqarxlar diqqtə edəcək “

Balıq yetişdirmək üçün yaradılan süni göllərin əksəriyyəti bağlanacaq. Məsələ bu günlərdə, kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin başqa məqsədlərlə istifadəsinin dayandırılması və yenidən əkin fonduna qaytarılması siyasəti çərçivəsində gündəmə gəlib. Gözlənilir ki, ləğv edilmiş balıqçılıq təsərrüfatların tutduğu ərazilər əkin fonduna veriləcək. Buna səbəb kimi süni yaradılan balıqçılıq göllərinin torpağın münbit qatına ziyan verməsi göstərilir.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, araşdırmalar nəticəsində indiyədək respublika üzrə bu qaydada 304 balıq gölünün yaradıldığı müəyyən edilib. Belə süni balıq göllərinə ən çox Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Saatlı, Sabirabad, İmişli və Yevlax rayonlarında rast gəlinir.

Belə süni göllər bəzən min hektarlarla əraziləri tutur və nəticədə, kəndlərdəki münbit torpaq sahələri sürətlə göllərdən sızan suların hesabına şoranlaşaraq məhv olur. Ona görə də, faktiki olaraq torpağını əkib becərə bilməyən ailələrin dolanışığı pisləşir.

Süni göllərin ləğvi artıq balıq satışına təsir edib. Bazarda satılan yerli istehsal olan balıqların qiymətində 50 qəpik 1 manat arası dəyişiklik var. Bəs vəziyyətdən çıxış yolu bu göllərin ləğvindədirmi?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, bu məsələ ilə bağlı ciddi bir araşdırmaya imza atıblar. Amerikadan gələn mütəxəssislər müəyyən ediblər ki, bu sahədə çox ciddi prolemlər var. Azərbaycanın özünün balıq və balıq məhsullarına olan tələbatının yalnız 30 faizini ödəyə bildiyini deyən V.Məhərrəmov vurğuladı ki, norma adambaşına 20 kiloqram olduğu halda, ölkəmizdə istehlak 7 kiloqramdır. Bunun da yalnız 5 kiloqramı Azərbaycanda istehsal olunur: “Təklif az olduğu üçün balığın bir hissəsi xaricdən gətirilir. Xüsusilə də Vyetnamdan. Halbu ki, bu balığın istifadəsi bəzi ölkələrdə qadağan olunub. Çünki bu ölkədən gətirilən balığın keyfiyyəti normalara uyğun deyil. Azərbaycan Xəzər dənizi sahilində yerləşdiyi və böyük potensialımız olduğu halda Azərbaycan ən az balıq istehsal edən ölkələr sırasındadır. Biz bu sırada hətta Gürcüstan və Ermənistanda da geri qalırıq. Amma Xəzərlə bağlı bir sıra problemlər istehsala təsir edir. Birincisi Xəzərdə xəstəliklər geniş yayılıb. İkinci dəniz çirkli olduğu üçün bu da balığın artımının qarşısını alır. Bizim balıqçılar əksər halda hətta Qazaxıstan ərazisinə gedib çıxırlar. Əksər hallarda onlar boş qayıdırlar. Bütün bunlar onu deməyə əsas verir ki, biz dənizdən əvvəlki qədər balıq əldə edə bilməyəcəyik. Ona görə də təbii olaraq balıqçılıqla məşğul olan sahibkarlar əmələ gəldi. Onlar xüsusilə Aran bölgəsində bu işlə məşğul olmağa başlayıblar. Bu ərazilərdə süni balıq gölləri yaradılıb. Həmin göllərdə balıq istehsalı həyata keçırilir. Bununla həm öz tələbatlarını ödəyir, həm də məhsulu bazara çıxarırdılar”.

V.Məhərrəmov vurğuladı ki, bu işlə məşğul olanlar həm də vergi ödəyiciləridir. Eyni zamanda bu şəxslər yerli məmurların da “tələblərini” yerinə yetirməklə bu işlə məşğul idilər: “Bu sahibkarlara heç bir subsidiya ayrılmamışdı. Əksinə onlar büdcəyə vergi ödəyirdilər və ölkənin balığa olan tələbatının ödənilməsində bu şəxslərin rolu var idi. Amma uzun müddət bunlara bəzi nzirliklər irad tuturdu ki, fəaliyyətləri qeyri-qanunidir. Halbuki bu fəaliyyəti qanunlaşdırmaq elə bir problem deyildi. Qərar verilə bilərdi ki, bu torpaqlardan balıqçılıq üçün istifadə olunsun. Bu ölkənin tələbatının ödənilməsində də mühüm rol oynayardı. Onu da nəzərə almaq lazımdır ki, bu ərazilərdə kənd təsərrüfatı məhsulu istehsal etməklə yaxşı nəticələrə nail olmaq mümkün deyil”.

V.Məhərrəmovun sözlərinə görə, hökumət bu sahədə guya oliqarxların olduğunu iddia edir və balıq göllərini ləğv edir. Düzdür həmin rayonlarda oliqarxlar da balıqçılıqla məşğul olur. Onların da burada böyük həcmli sahələri var. Amma V.Məhərrəmovun sözlərinə görə, oliqarxların sahələri bu ləğv etmə qərarından çox uzaqdır: “Əksinə oliqarxların sahələri daha da genişlənəcək və onlar balıqçılıqla məşğul olmaqda davam edəcəklər. Əslində bununla oliqarxların fəaliyyəti qanunlaşdırılır. Söhbət nazir səviyyəsində olan məmurlardan gedir. Gölləri ləğv ediləınlər isə kimsəsiz, bu işlə çörək puluna görə məşğul olanlar ziyan çəkəcək. Bu da imkan verəcək ki, bu sahə tam çəkildə oliqarxların əlində cəmləşsin. Bundan sonra istehsalı, emalı, idxalı da oliqarxlar həyata keçirəcək. Nəticədə bazarda qiyməti məhz onlar diqqtə edəcək”.

Azadliq.info

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

FİFA Azərbaycan komandasının Rusiyaya getməsində maraqlıdır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: