Now Reading:
Baldızını bıçaqlayana hökm oxundu
Full Article 40 second read

Baldızını bıçaqlayana hökm oxundu



Bakı Ağır Cinayətlər Məhkəməsində Xırdalanda baldızını münaqişə zəminində bıçaqlayan Aslan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A.Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə Xırdalan şəhərində ba. Verib. Fikrət Əhmədov küçəsində yaşayan 1967-ci il təvəllüdlü A.Hüseynov aralarında yaranan mübahisə zamanı baldızı Hicran Məhərrəmzadəni bıçaqlayıb. Yaralı təcili yardımla Respublika Klinik Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Həkimlər H.Məhərrəmzadədə 10 yaxın bıçaq xəsarəti aşkarlayıblar. Hadisə zamanı A.Hüseynov da xəsarət alıb. O, 1 saylı şəhər xəstəxanasına gətirilib. Bıçaq onun əlini kəsib. A.Hüseynov polislərə bildirib ki, baldızı onun evinə gələrək bıçaqla ona hücum edib. O da bıçağı baldızının əlindən alaraq ona vurub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: