Balakəndə maşın 6 yaşlı oğlanın üstündən keçdi


Balakəndə dəhşətli yol-nəqliyyat hadisəsi verib.

Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes Vita” markalı avtomobil yol kənarında atası ilə birgə hərəkətdə olan, 2010-cu il təvəllüdlü Sadiq Vidadi oğlu Şirbidovu vurub. Nəticədə 6 yaşlı oğlan hadisə yerində ölüb.

Xəstəxanadan bildirilib ki, avtomobilin təkəri uşağın döş qəfəsinin üstündən keçib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Türkiyə vətəndaşı Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaq istədi

%d bloqqer bunu bəyənir: