Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Balaca padşah”lar üçün iki yol -YA İNVESTİSİYA, YA İSTEFA…

PA-nın şöbə müdiri ın qarşısına şərt qoydu; hökumətin rayon rəhbərləri ilə bağlı siyasəti reallaşır

Referendumdan sonra icra başçıları ilə bağlı Azərbaycan hökumətinin ciddi islahatlar aparacağı ilə bağlı yayılan xəbərlər özünü doğrultmaqdadır. Prezident İlham Əliyevin yararlı torpaqların zəbt edilməsi nəticəsində istifadəsiz qalması ilə bağlı verdiyi önəmli açıqlamadan sonra bu məsələ ətrafında gedən müzakirələr qızışır.
Rayonlarda “kiçik padşah”ların sahibkarların fəaliyyətinə ciddi maneçiliklər törətmələri zaman-zaman gündəmə gəlib. İqtisadi böhranın getdikcə dərinləşdiyi Azərbaycanda problemi aradan qaldırmağın yollarından biri də kənd təsərrüfatının inkişafıdır ki, buna da mane olan qüvvələr sırasında icra başçıları öndə gedir. Gerçəyi ölkə iqtidarı da bilməmiş deyil.
Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin icra başçıları barəsindəki son açıqlamaları yaxın zamanlarda bir sıra rayon rəhbərlərinin vəzifəsini itirəcəyinin anonsu sayıla bilər. Z.Nağdəliyev bildirib ki, bundan sonra icra başçılarının fəaliyyətinə, bacarığına qiymət verilərkən əsas meyar kimi onların prezidentin tapşırıqlarına nə dərəcədə əməl etməsi ilə yanaşı, rəhbərlik etdikləri rayonlara nə qədər yerli və xarici investisiya cəlb etmələri olacaq.
Image result for İcra Başçıları
PA rəsmisinin açıqlaması icra başçılarına mesaj kimi də qəbul olunmalıdır. Şübhə yox ki, bu açıqlamadan sonra icra başçıları da hökumətin qəzəbinə tuş gəlməmək üçün fəaliyyətlərində dəyişikliklər etməyə, rəhbəri olduqları rayonlara xarici investorların cəlb olunmasına  çalışacaqlar. Amma bu dəyişikliyin onların vəzifədə qalmalarına “yaşıl işıq” yandırıb-yandırmayacağını gələcək göstərəcək.
Image result for Qadir İbrahimli
 
İqtisadçı ekspert Qadir İbrahimli hesab edir ki, burada icra başçılarından asılı olmayan məsələlər də var: “Ölkədə mülkiyyət toxunulmazlığı, mülkiyyətə dövlət təminatı yoxdur. Normal məhkəmə sistemi də mövcud deyil. Zülfüqarov qardaşlarının işi və mətbuata çıxarılmayan bu qəbildən olan yüzlərlə iş var. Çoxsaylı iş adamları var ki, obyektlərini əllərindən alıblar, müxtəlif yollarla həbsə atdırıblar. Bu hallar Azərbaycanın investisiya mühiti barədə kifayət qədər mənfi rəylər formalaşdırıb. İndiki halda düşünmürəm ki, icra başçıları yerli və xarici investorları inandırsınlar ki, qoyduqları sərmayəyə heç bir təhlükə olmayacaq, onlar təqibə məruz qalmayacaqlar.
Hökumət ilk növbədə, regional idarəetmə sahəsində işlər görməlidir. Obyektləri əllərindən alınmış şəxslərə həmin obyektlər qaytarılmalı, investisiya mühitinə dövlət təminatı verilməlidir. Bu işləri görmək yerli icra başçılarının imkanları xaricindədir. Bunlar mərkəzi qaydada yuxarıdan islahatlar yolu ilə həyata keçirilməli, regional idarəetmə strukturları yaradılmalıdır. İcra başçılarının səlahiyyətləri müəyyən edilməlidir ki, investorların işlərinə müdaxilə etməsinlər. Bu kimi məsələlər həllini tapmayınca, həmin investorları cəlb etmək mümkün olmayacaq”.
Image result for Zeynal Nağdəliyev
İqtisadçı ekspert Z.Nağdəliyevin açıqlamalarının bəzi icra başçılarının vəzifələri ilə vidalaşacağı anlamına gələ biləcəyini də vurğuladı: “İcra başçılarına elə tapşırıqlar verilir ki, onları həyata keçirmək çətin olur. Ola bilər ki, icra başçılarının bəziləri dəyişsin. Amma idarəetmə islahatları aparılmasa, işdən çıxarılan icra başçıları heç nəyi dəyişməyəcək. Maraqlıdır ki, rayon rəhbərlərinin böyük əksəriyyəti iri ranqlı məmurların, oliqarxların yaxınlarıdır. Onlar rayonlarda həmin məmur və oliqarxların biznes maraqlarını qoruyan şəxslərdir. Ona görə də yeni investisiya cəlb edib, öz himayədarlarına problem yaratmaq istəməzlər. Məsələnin bu tərəfini qətiyyən unutmaq olmaz. Bu problemlərin həllinin yeganə yolu köklü, regional idarəetmə islahatlarından keçir. Yalnız bu haldan sonra investorların ölkəyə axınını təmin etmək olar”.
Q.İbrahimli bəzi rayonlara investisiya cəlb olunmasının mümkünsüzlüyü barədə deyilən fikirlərə də münasibət bildirdi:“Bazarda rəqabət mühiti yaratmaq lazımdır. Bu mühit yaradılırsa, həmin rayonlara hansısa formada investisiya cəlb etmək mümkündür. Təşəbbüslər bazardan, iş adamlarından gəlməlidir, dövlət təsisatlarından gəlməli deyil. Rəqabət mühiti olarsa, hər bir investor yeni layihələrlə çıxış edə bilər, həmin investisiya mühiti də formalaşar. Əgər həmin şərtlər yerinə yetirilməsə, problemi həll etmək mümkün olmayacaq”.(musavat.com)

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Müəllimlər və seçkilər…

%d bloqqer bunu bəyənir: