Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Baku Medical Plazada baş verən həkim biabırçılığı ifşa olundu — FOTOLAR

Bir neçə gün əvvəl “Baku Medical Plaza” xəstəxanasında həkim Önder Tulumbacının doğuş əməliyyatını yarımçıq qoyub qaçması haqqında mediada məlumat yayılmışdı. Criminal.az xəbər verir ki, xəstənin yaxınlarının bildirdiyinə görə iyunun 1-də xəstəxanaya daxil olan paytaxt sakini İrina Makarovanın qeysəriyyə əməliyyatı təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib. Sonra məlum olub ki, həkim düzgün əməliyyatı aparmadığını anladıqdan sonra klinikadan qaçıb. Belə ki həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən birinə toxunub. Uşağın üzərindəki kəsiyin uzunluğu 2 sm, dərinliyi isə 0,3 sm olub. Bu kəsik uşağın həyatı üçün ciddi risk təşkil edir. İrina Makarova əməliyyat zamanı çox qan itirib. Üç gün ərzində yaxınları və qohumları ona qan veriblər. Ancaq buna baxmayaraq qadında daxili qanaxma dayanmayıb.
 Criminal.az saytı hadisə ilə bağlı məlumatı yayımlayandan sonra Ö.Tuumbacı saytımızın facebook səhifəsinə yazaraq jurnalsitləri qeyri-peşəkarlıqda günahlandırıb, onun fikrini öyrənmədən məlumat yazmaqda qınamışdı. Lakin o, məsələ ilə bağlı sualımıza cavablandırmaqdan boyun qaçırmışdı.
 
Bu gün də klinikanın baş həkiminin müavini Feyzulla Qasımov “Qafqazinfo”-ya açıqlamasında bu cür məlumatlar klinikanın adına ləkə salmaqdan ötrü bir qrup adam tərəfindən yayıldığını bildirib: “İrina Makarova 1 iyun tarixində səhər saat yeddidə qeysəriyyə əməliyyatı olmaq məqsədilə klinikamıza daxil olub. Onun 5 ildir ki övladı olmayıb. 5 ildən sonra əkiz oğlan uşağı dünyaya gətirib. Öndər Tulumbacı Əməliyyatı Öndər Tulumbacı, ginekologiya şöbəsinin müdiri Akif Qurbanov və cərrah Rəşad Cəfərov birgə həyata keçiriblər. Öndər Tulumbacı klinikamızın həkimi deyil. Ancaq o klinikamızda xəstələrə yaradılan yüksək şəraitə görüb əməliyyatları burada həyata keçirir. Əməliyyat zamanı xəstədə qanaxma baş verib. Sonra qanaxma dayandırılıb. Xəstə qan itirdiyindən hemoqlobini aşağı düşüb. Tədricən qaldırılıb”.
 
Bu gün məsələni Lider telekanalı araşdırıb və zərərçəkmiş xanımın bacısından müsahibə alıb. Məlum olur ki, əslində baş verənlər həqiqətdir və klinika sadəcə əsl məlumatı gizlədir.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

DYP rəisi biznesini xaricə köçürür – Detallar

%d bloqqer bunu bəyənir: