Now Reading:
Bakıya Kür suyunun verilməsi dayandırıldı – ÇİRKLİ OLDUĞUNA GÖRƏ
Full Article 40 second read

Bakıya Kür suyunun verilməsi dayandırıldı – ÇİRKLİ OLDUĞUNA GÖRƏ



Son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb.

Virtualaz.org “Azərsu” ASC-nin saytına istinadən bildirir ki, bununla əlaqədar Kür Sutəmizləyici Qurğularında suyun emalı mümkün olmadığından Kür-Bakı, Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri ilə suyun nəqli dayandırılıb.

14 iyun 2016-cı il tarixində gün ərzində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar şəhərlərinə, həmçinin Bakı şəhərinin Qaradağ rayonunun, Badamdar, 20-ci sahə, Binəqədi, Biləcəri, Xocasən qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Nizami və Xətai rayonlarının bəzi ərazilərində isə su təchizatı qrafikli rejimə keçiriləcəkdir.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: