Loading...
Loading...
vahe

Bakıya gələn erməni bu saatda Azərbaycandan üzr istəyəcək

Avropada yaşayan erməni hüquq müdafiəçisi Vahe Avetyan Bakıya gəlib.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, o, Bakıya 2 gün öncə səfər edib.

Bu dəfə Vahe Avetyan hava limanından geri qaytarılmayıb. Onun Bakıda bir neçə gün qalması üçün icazə verilib. Bunun əvəzində isə V.Avetisyan Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyib.

Vahe Avetyanın noyabrın 8-də saat 12:00-da “Hyatt Regency Baku” otelində mətbuat konfransı keçirməsi, paytaxtın Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət etməsi gözlənilir.

Xatırladaq ki, Serj Sarkisyan rejiminin qatı tənqidçisi kimi tanınan V.Avetisyan bu yaxınlarda Bakıya səfərə gəlsə də, ancaq Heydər Əliyev adına hava limanından geri qaytarılıb.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Fikrət Fərəməzoğluna ailəsi ilə görüşə icazə verilmir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: