Advertisements
24 saat

Bakıya 50-dən artıq yeni avtobus gətiriləcək


Bu ilin sentyabr ayında Bakı şəhərində istismar məqsədi ilə 50-dən artıq marşrut avtobusu gətirilicək.

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov məlumat verib.

M.Abbasov bildirib ki, marşrut avtobusları parkının yenilənməsi prosesi davam edəcək: “Artıq şirkətlər dərk edir ki, yararsız avtobusları işlətmək olmaz. Yəni, Bakı Nəqliyyat Agentliyi həmin avtobusları istismara buraxmayacaq. Diqqət etsəniz görərsiz ki, yol qəzalarının əksəriyyəti istismara yararsız olan nəqliyyat vasitələrinə görə baş verir”.

“Standartlara cavab verməyən marşrut avtobusları istismardan yığışdırılacaq”, – deyə Agentlik rəsmisi qeyd edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: