Now Reading:
Bakının sərt bəyanatı Yerevanı “DQR”-i tanımaq fikrindən daşındırdı
Full Article 50 second read

Bakının sərt bəyanatı Yerevanı “DQR”-i tanımaq fikrindən daşındırdı



“Dağlıq Qarabağ Respublikasına” dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqilliyinin” tanınması demək deyil.

TASS-ın verdiyi xəbərə görə, bunu Yerevanda Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan bildirib.

“Ermənistan hökumətinin gündəliyinə “DQR”-in tanınması haqqında qanun layihəsinin qəbul edilməsi məsələsi deyil, iki deputatın qanunverici təşəbbüsünə hökumət tərəfindən rəy verilməsi məsələsi daxil edilib”, – deyə nazir müavini vurğulayıb.

“Tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq”, – deyə Köçəryan qeyd edib. Onun sözlərinə görə, Azərbaycan münaqişə zonasında hərbi əməliyyatlara başlayacağı təqdirdə “DQR”-in tanınması məsələsi gündəmə daxil ediləcək.

Qeyd edək ki, Azərbaycan XİN-i bundan əvvəl sərt bəyanatında qeyd edib ki, Ermənistan “DQR”-i tanımaqla danışıqlar prosesinə son qoymuş olacaq.

Xatırladaq ki, Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda “DQR”-in tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib. Bu təşəbbüs müxalif “İrs” partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: