24 saat

Bakının sərt bəyanatı İrəvanı qorxuya saldı


“Dağlıq Qarabağ Respublikasına” dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqilliyinin” tanınması demək deyil. 24saat.org-un“TASS”a istinadən verdiyi xəbərə görə, bunu İrəvanda Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan bildirib.

“Ermənistan hökumətinin gündəliyinə “DQR”-in tanınması haqqında qanun layihəsinin qəbul edilməsi məsələsi deyil, iki deputatın qanunverici təşəbbüsünə hökumət tərəfindən rəy verilməsi məsələsi daxil edilib”, – deyə nazir müavini qeyd edib.

“Tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq”, – deyə Köçəryan qeyd edib. Onun sözlərinə görə, Azərbaycan münaqişə zonasında hərbi əməliyyatlara başlayacağı təqdirdə “DQR”-in tanınması məsələsi gündəmə daxil ediləcək.

Qeyd edək ki, Azərbaycan XİN-i bundan əvvəl sərt bəyanatında qeyd edib ki, Ermənistan “DQR”-i tanımaqla danışıqlar prosesinə son qoymuş olacaq.

Xatırladaq ki, Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda “DQR”-in tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib. Bu təşəbbüs müxalif “İrs” partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: