Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakının persona non-qrata elan etdiyi Sterliqovun erməni vəkili: “Azərbaycanlılar bizim qardaşımızdır”

Özünü Qarabağ separatçılarının “hüquqlarının” müdafiəçisi kimi qələmə verən rusiyalı biznesmen German Sterliqov müəyyən pauzadan sonra təzədən peyda olub.

Musavat.com-un məlumatına görə, erməni qaynağı bu dəfə onun Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycan əleyhinə şikayət etməsi haqda xəbər yayıb.

“Sterloqov Azərbaycana qarşı çıxış edəcək. Yaxın zamanlarda mənim müvəkkilim Avropa Məhkəməsində Azərbaycanın ona münasibətdə hərəkətləri ilə bağlı iddia qaldıracaq. Məsələ ondadır ki, əvvəlcə Sterliqova Bakıya gəlməyi yasaqladılar – persona non-qrata elan eləməklə, sonra isə haqqında cinayət işi qaldırdılar”, – deyə erməni qaynağı biznesmenin vəkili Artur Ayrapetova istinadən xəbər yayıb.

Ancaq bu gün Azərbaycanın rusdilli vesti.az-ın portalına erməni vəkildən sensasion məktub daxil olub. Məktubda deyilir: “Gün aydın! Bildirmək istəyirəm ki, yuxarıda göstərilən məqalədəki informasiya yalandır. Sterliqov adi fermerdir, qaz saxlayan, dovşan saxlayan və quşçudur və Avropa Məhkəməlik onun heç bir işi ola bilməz. Rəsmən Sizə bəyan edirəm ki, Avropa İnsan Haqları Məhkəməsində, hər hansı digər məhkəmə instansiyalarında Azərbaycana qarşı onun tərəfindən heç bir iddia qaldırılmayıb. Xahiş edirəm, həmin məlumatı internet-portalınızdan yığışdırasınız, çünki bu məlumat dezinformasiyadır və rusiyalılarla bizə qardaş olan azərbaycanlılar arasında münasibətlərə ziyan vurur. Sayğı və sülhlə, Artur Ayrapetov”.

Bundan sonra vesti.az məlumatı silib. Maraqlıdır ki, xəbəri erməni portalı da silib – hansını ki, Google-nin axtarış sistemi də təsdiqləyir. Bunun ardınca vesti.az Ayrapetovun özü ilə əlaqə saxlayıb. Nə qədər təəccüblü də olsa, erməni vəkil Azərbaycan xalqını qardaş adlandırıb:

– Cənab Sterliqov Azərbaycan xalqına maksimum yaxşı münasibətdədir. Bu yaxınlarda biz Moskva restoranlarının birində sizin həmvətənlərinizlə görüşdük. Olduqca nəzakətli və sakin şəkildə ünsiyyətdə olduq.

– Sterliqovun Azərbaycana və azərbaycanlılara münasibətinin qəfildən dəyişməsi nə ilə əlaqədardır?

– O, həmişə azərbaycanlıları qardaş xalq adlandırıb, siyasətdən gedəndən sonra milli məsələni qaldırmayıb. O, azərbaycanlılarla görüşür, hər şey normaldır, sakitçilikdir. Könül istər ki, bu dostluq atmosferi həmişə qalsın.

– Sterliqovun Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə təzədən gəlmək fikri varmı?

– Bunu onun özündən soruşmaq lazımdır. Azərbaycanlılar – bizim qardaşımızdır. Aprel müharibəsindən sonra aqressivlik bizim nəyimizə lazımdır? Biz anlaşma içində yaşamalıyıq. Mənim baba və nənəm Bakıda dəfn olunub. Mən orada doğulmuşam, yaşamışam, valideynlərim rəhbər vəzifələr tutublar. Gec-tez mən Bakıya gəlmək, öz əcdadlarımın məzarlarını ziyarət eləmək istəyirəm. Mən buna ancaq sevinərdim.
Xatırladaq ki, German Sterliqov və ailəsi 2015-ci il iyulun 4-də Azərbaycanın dövlət sərhədini pozaraq, müvafiq sənədlər olmadan işğal altındakı ərazilərə keçiblər. Bundan əlavə, biznesmen Azərbaycan dövlətinin, onun ərazi bütövlüyünün əleyhinə açıqlamalar verib. Ona görə də o və ailəsi Azərbaycan XİN-in “qara siyahısı”na daxil edilib, özünə qarşı isə cinayət işi açılıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Tovuz DYP rəisi işdən çıxarılması barədə məlumatı təkzib etdi

%d bloqqer bunu bəyənir: