Advertisements
24 saat

Bakının mərkəzində törədilmiş müəmmalı qətlin üstü açıldı


Bakının mərkəzində törədilmiş qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 23-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Cavadovun boğaz nahiyəsində deşilmiş xəsarəti olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulub.

Onların tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: