24 saat

Bakının mərkəzi küçələri bağlanır


merkezAvropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzNews.az-a verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.

Aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyat küçəsi ilə kəsişməsindən Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək və bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: