Now Reading:
Bakının bəzi ərazilərində su olmayacaq
Full Article 30 second read

Bakının bəzi ərazilərində su olmayacaq



Xəzər rayonunun Buzovna qəsəbəsində içməli suyun verilməsində problem yaranacaq.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, bu, həmin qəsəbənin Təmənis yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədardır.

Belə ki, sabah gün ərzində Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: