Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“BakıKart”ı onlayn yükləyəcəyik

Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün “BakıKart” kartlarını internet vasitəsilə yükləmək mümkün olacaq.

Bu barədə Trend-ə layihəyə yaxın mənbə deyib.

Onun sözlərinə görə, adıçəkilən xidmət hələlik korporativ müştərilərə (şirkət və müəssisələr) göstərilir: “BakıKart”ın balansını artırmaq üçün bank kartlarından istifadə olunur. Gələcəkdə xidmət bütün istifadəçilər üçün əlçatan olacaq”.

İnternet vasitəsilə ödənilən məbləğ sərnişinin “BakıKart”ı yükləmə aparatlarındakı oxuma qurğusuna yaxınlaşdırmasından sonra avtomatik olaraq kartın balansına oturacaq. Bunun üçün həmin qurğuda internet vasitəsilə yüklənən kartlara görə yeni interfeys tətbiq ediləcək.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Azərbaycan əhalisinin 69 faizi SSRİ dövrünü arzulayır

%d bloqqer bunu bəyənir: