Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
kuru

Bakıdan göndərilən ərzaq müharibənin qarşısını aldı – SİRR AÇILDI

“Rossiya-1” telekanalında Rusiyanın keçmiş baş naziri Yevgeni Primakovun həyatından bəhs edən sənədli filmdə 1990-cı illərdə ABŞ-Rusiya münasibətlərinə toxunulub.

24saat.org publika.az-a istinadən bildirir ki, filmdə gərgin olan Vaşinqton-Moskva münasibətlərinin düzəlməsində Azərbaycanın brend məhsulu sayılan qara kürünün böyük rol oynadığını deyilir.

Primakovun həyat yoldaşı İrina Primakova 1997-ci ildə (Yevgeni Primakov 1996-98-ci illərdə Rusiyanın xarici işlər naziri olub – red.) həmin vaxt ABŞ dövlət katibi olan Madlen Olbraytın Moskvaya səfərini xatırlayıb.

“NATO ilə bağlı sərt müzakirələr aparılırdı. Yevgeni evə gələndə mənə ABŞ rəsmi heyətini evimizə qonaq dəvət etməyi təklif etdi. Dostumla pelemeni hazırlamışdıq. Həmin vaxt Bakıdan olan dostumuz bizə qara kürü göndərmişdi. Bir kiloqramm idi, əla kürü idi. Uşaqlara verməyi fikirləşirdik, lakin qismət olmadı. Əla bir rus süfrəsi açdıq. 12 nəfərlik ABŞ rəsmi heyəti süfrədəki pelemeniləri kürü ilə yedilər və bununla hər şey sanki düzəldi”, – deyə o bildirib.

İ. Primakova deyir ki, əla alınan nahardan sonra həyat yoldaşı və Olbrayt başqa otaqda müzakirələr aparmağa başlayıb: “Onlar otaqdan razılaşaraq çıxdılar. Beləliklə, yeməkdən əvvəl razılaşa bilmədikləri məsələlərdə yeməkdən sonra razılaşdılar”.

Qeyd edək ki, qara kürü bu gün dünya bazarında Azərbaycan brendi olaraq tanınır və heç bir kürü onunla rəqabət apara bilmir.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Niyə müsəlmanlar və yəhudilər donuz ətindən imtina etdilər?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: