Loading...
Loading...
106570

Bakıdakı restoranda Oljas Süleymanovdan bir nahara 320 manat pul aldılar- XATİRƏ

Bu xatirəni İçəri şəhərdə-Qız qalasının arxasındakı kitab mağazası ilə hamının tanışına çevrilən kitabçı Elman dayı-Elman Mustafayev danışıb. Elman dayının yanına turistlərlə yanaşı,  xeyli məşhur xarici qonaqlar da gəlib.  Böyük qazax şairi, ziyalısı Oljas Süleymanov da onlardan biri olub.

Elman dayının O. Süleymanovla bağlı danışdığı və özünün bioqrafik kitabında da qeyd etdiyi xatirəni Moderator.azoxucuları ilə bölüşür:
“Kitab mağazama gələn Oljas Süleymanov mənimlə elə səmimi görüşdü ki, sanki, bir-birimizi neçə illərdi ki, tanıyırıq. Amma mən onu və yanındakı iki adamı  birinci dəfə idi görürdüm. Onların hərəsi Azərbaycan ədəbiyyatına aid 16, 20 və 22 manatlıq kitablar aldılar. Şairin “Az-ya” əsərini onun özünə hədiyyə etdim.
Xahiş etdilər ki, aldıqları kitabları iş gününün sonuna qədər saxlayım, saat 6-da gəlib götürəcəklər. Saxladım və onlar da dedikləri vaxtda gəldilər. Dedilər ki, Bakıdan və insanlardan çox razı qalıblar. Amma onların çöhrələrindəki narazılığı, pərtliyi hiss etdim. Səbəbini soruşanda Oljas Süleymanovun özü heç nə demədi. Amma yanındakı həmkarlarından biri cavab əvəzinə məndən soruşdu ki, sizcə, günorta çağı Bakıda 3 nəfər 320 manatlıq yemək yeyə bilərmi? Birmənalı şəkildə cavab verdim ki, xeyr, bu ola bilməz. Amma bu baş vermişdi, hansısa restoranların birində dünyaca məşhur yazıçıdan 320 manatlıq hesab alıblar. Halbuki, onlar cəmi 3 nəfər idilər və hər zaman da yeməklərinin normada olmalarına ciddi diqqət yetirənlər idi.
Azərbaycana gələn xoşməramlı qonaqlarla bu cür rəzil, soyğunçu kimi davranmaq ölkəmizin imicinə zərər gətirir”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Qış qapıda – Aidiyyəti qurumlar əhalini donduracaqmı?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: