Advertisements
24 saat

Bakıdakı banklarda dollar və avro ajiotajı


Banklarda valyuta mübadiləsi ilə bağlı ajiotaj davam edir.

Fins. az xəbər verir ki, hazırda bəzi banklar dollar satışına limiti 100 dollara qədər endirib, bəziləri isə satışı kassadakı balansa uyğun həyata keçirir.

Belə ki, müştəri dollar almaq istəyirsə, bankın dollarla vəsaitinin olub-olmadığını məhz kassada öyrənir. Məsələn, “Expressbank” valyutanın satışına limit tətbiq etməsə də, müştəriyə kassadakı məbləğə uyğun dollar satır. “Atabank” da valyuta mübadiləsin eyni prosedura uyğun reallaşdırılır.

“Xalq Bank” avronun kursu ilə bağlı “özünəməxsus” məzənnə siyasəti həyata keçirir. Bankdan bildirirlər ki, avronun məzənnəsi kassada invidual olaraq təyin edilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: