Bakıda yol polisi qaydanı belə pozdu – Video


Bakıda yol polisi əməkdaşı xidmət zamanı kobud qayda pozuntusuna yol verib.

Videodan məlum olur ki, 99 YP 363 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan polis əməkdaşı heç bir zərurət olmadan “Olimp-in yanı” kimi tanınan ərazidə – İnşaatçılar prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozub. “Yol Patrul Xidməti haqqında” təlimata uyğun olaraq, yol polisləri yalnız xidməti zərurət olduqda qayda poza bilərlər. Bu zaman təhlükəsizlik qaydalarına tam riayət etməlidirlər. Lakin videodan da göründüyü kimi, YPX əməkdaşı heç bir təhlükəsizlik qaydasına əməl etmədən qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxır. Bu azmış kimi, düzünə hərəkət edən avtomobillərin qarşısına çıxaraq geriyə dönür. Bu zaman o, heç bir işarə vermir, Təlimatda göstərildiyi kimi, xüsusi səs siqnallarından və sayrışan işıqlardan da istifadə etmir.

Videonun sonunda avtomobilin arxa kamerasındakı görüntülərə də diqqət etdikdə məlum olur ki, bu qədər təhlükəli vəziyyət yaradan YPX əməkdaşı geriyə dönəndən sonra yolun əks tərəfindən dayanır. Yəni, burada geriyə dönməni tələsmədən daha normal şəkildə də həyata keçirə bilərdi.

Həmin DYP əməkdaşının törətdiyi əməl İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat, 3 bal cərimə ilə qiymətləndirilə bilər.

Avtosfer.az

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Abid Şərifovun da şirkəti batırsa…

%d bloqqer bunu bəyənir: