Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
101616

Bakıda yaşlı qadın ağaca şikayət etdi

Moderator.az xəbər verir ki, dünən paytaxtda bir yaşlı qadın ağaca şikayət edirmiş.

Bu təsirli və üzücü mənzərə ilə tanınmış ədəbiyyatçı, tənqidçi İradə Musayeva qarşılaşıb.

Gördüyü hadisədən xeyli təsirlənən İ.Musayeva bu barədə öz feysbuk səhifəsində qeyd edib:

“Dünən səhər işə gedəndə çox təsirləndirici bir mənzərə ilə rastlaşdım. Heyif ki, telefonla çəkmədim həmin mənzərəni. Bir yaşlı qadın əlində bir qalaq sənədləri yellədə-yellədə üzünü İçərişəhər metrosunun qarşısındakı hündür bir ağaca tutub ağlaya-ağlaya, qışqıra-qışqıra şikayət edirdi… Deyəsən məmurlardan, hansısa idarə rəhbərlərindən, dəqiq anlamaq olmurdu. Görünür şikayətlərinə baxılmır, ya nədirsə bilmədim…Amma mən oradan uzaqlaşdıqca qadının quru, əsəbi, kədərli səsini eşidirdim…Qadının səsi qırıq-qırıq gəlirdi: Cənab prezident… eşidirsən… mənim…”

İ.Musayeva qadının köməyinə heç kimin gəlmədiyini, əksinə ətrafdakı gənclərin ona güldüyünü də bildirib:

“Ətraf adamla dolu idi…Heç kimin vecinə də deyildi. Qadına gülə-gülə, lağyana baxan cavan uşaqlarrın sifəti, qadının qırıq, qırıq, heysiz, qüvvəsiz səsi yaddaşımda özünə yaman yer elədi…”

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Səhiyyə Nazirliyindən xəbərdarlıq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: