Loading...
Loading...

Bakıda “yaşıl soyqırımı” etdirən şirkət rəhbəri CƏZALANDIRILDI

13 iyul 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli müxtəlif ölçüdə ağac və kol bitkilərinin “Ressan” MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin  müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək “Ressan” MMC-nin direktoru vəzifəli  şəxs qismində 10 000 manat məbləğində cərimə olunub.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Ukrayna Azərbaycanın Krımla bağlı mövqeyini alqışlayır”

Loading...
%d bloqqer bunu bəyənir: