Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
gh

Bakıda tanınmış yazıçının nəvəsi dərmandan zəhərlənərək ölüb – FOTO

Bakıda 12 yaşlı qız qohumlarına məxsus dərman həblərini qəbul edərək ölüb.

24saat.org-un Report-a istinadla xəbərinə görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.

Belə ki, 12 yaşlı Yaqubova Fərəh Qadir qızı xərçəng xəstəsi olan xalasının və şəkərli diabet xəstəliyindən əziyyət çəkən nənəsinin dərman həblərini qəbul edib. O, huşunu itirərək yerə yıxılıb. F.Yaqubova 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin yeniyetmənin öldüyü məlum olub.

Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi. F.Yaqubova 6 saylı məktəbin 7-ci sinfində fəal şagirdlərdən biri olub.

Yasamal Rayon Prokurorluğu ölümün səbəblərini araşdırır.

Faktla bağlı başlanan istintaq araşdırmaları davam etdirilir.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Bakıda səfirlik avtomobili qəzaya düşüb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: