Loading...
Loading...

Bakıda taksi və avtobuslar yoxlanılacaq – MONİTORİNQ

Bakı Nəqliyyat Agentliyi taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparacaq.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.

Onun sözlərinə görə, monitorinqin aparılmasında məqsəd taksi-minik avtomobilləri və avtobusların standartlara cavab verib-verməməsini müəyyənləşdirməkdir: “Bakıda və Abşeronda 16 mindən artıq taksi-minik avtomobili, 2300-dən çox orta və iritutumlu avtobuslar var. Bakı şəhərinin inzibati ərazisində daşıma fəaliyyəti həyata keçirən 53 hüquqi və fiziki şəxsə məxsus nəqliyyat vasitələrində, istehsalat bazalarında monitorinq aparılacaq. Nəqliyyat vasitələrinin istismara yararlı olub-olmaması vacibdir”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

ANS efirə qayıdır – Avqustun 29-da

%d bloqqer bunu bəyənir: